Ukrayna Ərdoğanın vasitəçilik təklifinə müsbət yanaşır

Rəsmi Kiyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna gərginliyi ilə bağlı vasitəçilik təklifinə müsbət yanaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Xarici işlər naziri Dmitri Kuleba açıqlama verib. O bildirib ki, Ukrayna müharibə təhlükəsini aradan qaldıracaq səyləri dəstəkləyir.

Qeyd edək ki, Rusiya təklifi qəbul etməyib. Kremlin mətbuat katibi Dmitriy Peskov bildirib ki, o, Rusiya və Ukraynanın Türkiyə vasitəçiliyi ilə bir araya gəlməsinin Ukraynanın şərqindəki problemin həllinə kömək edəcəyinə inanmır: “Məsələ budur ki, Rusiya Donbasda problemin tərəflərindən deyil. Böhranın tərəfi Kiyev və Ukraynanın şərqində təktərəfli müstəqilliyini elan edən respublikalardır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR