Albert Eynşteynin "XOŞBƏXTLİYİN SİRRİ"ni yazdığı kağız indi haradadır:

Məşhur fizika alimi Albert Eynşteyn “xoşbəxtliyin sirri” barədə qeydlərini otelin əməkdaşına verib.

Metbuat.az “The Hill”ə istinadən xəbər verir ki, alim 1992-ci ildə Yaponiyaya dərs verməyə gedib. Səfər zamanı Albert oteldə qalıb. Məlumata görə, bu zaman Albert otelin işçisinə bir neçə qeydin yazıldığı kağız verib. Bildirilir ki, bu kağızda “xoşbəxt olmaq” mənasını verən fikirlər yazılıb:

“Sakit və təvazökar yaşamaq bitməyən amansızlıqla birləşmiş, uğur axtarışında olan bir yaşayışa görə daha çox xoşbəxtlik gətirər”.

Qeyd edək ki, alimin bu və daha bir neçə qeydi 1,8 milyon dollara satılıb. Alıcının adı açıqlanmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR