Hamiləlikdə Covid19 keçirənlərin NƏZƏRİNƏ:

Alimlər hamiləlik zamanı COVID-19 infeksiyasının dölün beynini təhdid etmədiyini müəyyən ediblər.

Metbuat.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniyada 33 hamilə qadının fetal beyninin MRT görüntülərinin tədqiqi sübut edib. COVID-19-a yoluxmuş bir neçə hamilə qadında dölün sinir sisteminin inkişafını izlədikdən sonra həkimlər belə qənaətə gəliblər ki, SARS-CoV-2-nin gələcək anaların orqanizminə nüfuz etməsi uşağın beyninə təhlükə yaratmır. Alimlər tədqiqatın nəticələri barədə Şimali Amerika Radioloji Cəmiyyətinin (RSNA) konfransında danışıblar .

"Hamilə qadınlar tez-tez viral infeksiyaların xüsusəndə SARS-CoV-2-nin övladlarının inkişafına təsir edəcəyindən narahat olurlar. İndiyə qədər biz koronavirusun gələcək ananın orqanizminə eyni zamanda uşağın beyninə nüfuz etməsinin inkişafa təsir etdiyinə dair heç bir sübut tapmamışıq." Münhen Universitet Xəstəxanasının baş həkimi və tədqiqat müəlliflərindən biri olan Sofia Steklein bele deyib.

Tədqiqat Münhen Universitetinin klinikasında hamiləlik zamanı yüngül və orta dərəcədə COVID-19 keçirən 33 xəstəni əhatə edib. Alimlər gələcək övladlarının beyinlərinin maqnit rezonans tomoqrafiyasından istifadə edərək çəkilmiş şəkillərini araşdırıblar. Bütün hallarda radioloqlar koronavirus infeksiyasının uşağın beyninə nüfuz etdiyinə və sinir toxumasına ciddi ziyan vurduğuna dair heç bir sübut tapmayıblar. Buna görə də alimlər belə qənaətə gəliblər ki, SARS-CoV-2 bəzi digər patogenlərdən fərqli olaraq, dölün sinir sisteminin inkişafı üçün ciddi təhlükə yaratmır.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR