İbrahim Kalın Azərbaycan xalqına başsağlığı verdi

Türkiyə Prezident Administrasiyasının sözcüsü İbrahim Kalın helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının sözcüsü bu barədə tviterdə paylaşım edib.

"Qardaş Azərbaycan ordusuna məxsus hərbi helikopterin təlim uçuşu zamanı qəzaya uğradığını böyük kədər hissi ilə öyrəndim. Bu faciəvi qəzada şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Bir Millət, İki Dövlətin başı sağ olsun", - deyə qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR