Türk Dövlətləri Təşkilatından Azərbaycana BAŞSAĞLIĞI

Türk Dövlətləri Təşkilatı Azərbaycanda baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.

Metbuat.az-ın məlumatına görə, təşkilatın Tvitter paylaşımında deyilir:

"Azərbaycanda bu gün Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması xəbərini kədərlənərək öyrəndik. Bu faciəli qəzada itirdiyimiz şəhidlərimizə Allah rəhmət eləsin, yaralananlara şəfalar diləyir, qardaş Azərbaycan xalqına və qəhrəman silahlı qüvvələrimizə dərin hüznlə başsağlığı veririk".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR