Avrotuneldə qatarların fəaliyyəti bərpa edilib

Avrotuneldə qatarların fəaliyyəti bərpa edilib
07:41 19 Yanvar 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+

Avrotuneldə qatarların fəaliyyəti bərpa edilib.

ANS PRESS-in məlumatına görə, tuneldə hərəkət bərpa edilsə də, 30-60 dəqiqə gecikmələr olacağı barədə xəbərdarlıq verilib.

Qeyd edək ki, yük qatarında yanğın Böyük Britaniya ilə Fransa arasındakı Kanal tunelindəki dəmir yolu fəaliyyətini dayandırmışdı. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Avrostar vebsaytında deyildiyinə görə, tüstülənmə şimal tuneldə qeydə alınıb.

Xəbərdə bildirilir ki, tüstü tunelin Fransaya yaxın olan hissədə yük qatarında baş verimiş yanğına görə əmələ gəlib.

Tüstünü qeydə almış elektron sensorlar isə avtomatik olaraq yanğın siqnalizasiyasını işə salaraq tuneldəki nəqliyyatın hərəkətini dayandırıb.

Nəticədə La Manş altından şənbə gününün sonunadək keçən bütün Avrostar reysləri ləğv olunub və ya təxirə salınıb, Bununlada Britaniya ilə Fransa və Belçika arasında La Manş tuneli vasitəsilə əlaqə kəsilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320475

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR