Regionda vəziyyət dəyişir: Misirə təklif, İsraillə əlaqələr bərpa edilir... -

“Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri normallaşdıran Türkiyə, İsrail ilə də oxşar addımların atılmasına müsbət yanaşır”.

Metbuat.az xəbər verir ki, Türkiyə qəzetində yayımlanan məqalədə belə deyilir. Bildirilir ki, İsraillə münasibətlərin normallaşması Təl-Əvivin atacağı addımlardan asılıdır. Məlumata görə, Ankara bir müddətdir danışıqların aparıldığı Misir ilə də münasibətləri möhkəmləndirmək istəyir. Müəllif qeyd edir ki, Türkiyə Misirə Aralıq dənizində maraqların qarşılıqlı formada təmin edilməsini əhatə edən təklif irəli sürəcək.

Həmçinin, Türkiyə və Misir arasında 2013-ci ildə müddəti başa çatan iqtisadi müqavilənin yenilənməsi gündəmdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR