Elçin Məmmədov helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışdı

"Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb".

Metbuat.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib.

Onun sözlərinə görə, şahidlərin dindirilməsi davam edir: “Eyni zamanda, meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”.

E.Məmmədov əlavə edib ki, ilkin məlumat barədə heç bir fikir bildirmək olmaz: “İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR