Daha bir ölkədə "omicron" ştamı aşkarlandı

Koronavirusun "omicron" ştamı bu dəfə Norveçdə qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu ştama ilk yoluxma halları Eyqarden şəhərində iki nəfərdə qeydə alınıb.

Məlumata görə, həmin şəxslərin Cənubi Afrika Respublikasından qayıtdıqları müəyyən edilib.

Qeyd edək ki, Cənubi Afrikada aşkarlanan omicron ştamına qısa müddətdə bir çox ölkələrdə: Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR