Amnistiya nədir? -

Prokurorluq “Amnistiya nədir?” adlı maarifləndirici videoçarx hazırlayıb.

Qurumun mətbuat xidmətindənMetbuat.az-a verilən məlumata görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır. Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Təqdim olunan video-izah vasitəsilə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli “Amnistiya nədir?” sualını cavablandırıb.

Video-izahı izləməklə həmin sualın cavabını öyrənə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR