Uzun müddətdən sonra İLK DƏFƏ:

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov uzun müddətdən sonra görünüb.

Metbuat.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında keçmiş Xarici İşlər Naziri Elmar Məmmədyarov da iştirak edib. Uzun zamandır mediada görünməyən keçmiş nazirin xeyli çəki atdığı dadiqqət çəkib.

Qeyd edək ki, 16 il Azərbaycanın xarici işlər naziri olmuş Elmar Məmmədyarov ötən ilin iyulun 16-da ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə işdən azad edilib. Hazırda Elmar Məmmədyarov federasiyada Ümumazərbaycan Futbolsevərləri İctimai Birliyini təmsil edir.

Həmin fotoları təqdim edirik:


İcraiyyə Komitəsinin iclası keçirilib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR