Mahir Məmmədov Byazinin yenidən baş məşqçi seçilməsindən danışdı:

"Canni De Byazi çox asan olmayan dövr ərzində Azərbaycan yığmasına rəhbərlik etməyə razılıq verib."

Metbuat.az xəbər verir ki, bunu AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun "Report"a müsahibəsində deyib. O qeyd edib ki, 14-15 ay baş məşqçi üçün kifayət etmir:

Ən asas amillərdən biri odur ki, Canni De Byazi çox asan olmayan dövr ərzində Azərbaycan yığmasına rəhbərlik etməyə razılıq verib. Azərbaycan millisinə rəhbərlik etmək istəyənlərin uzun siyahısı yox idi. İtaliyalı mütəxəssis 15 ay ərzində həmişə Azərbaycanda oldu. Bizim futbolçuları çox gözəl tanıyır. Hətta bir sıra məsuliyyətli qərarlar qəbul edib. Nəsildəyişmə prosesinə qədəm qoydu. Bu prosesin davamını və sona çatdırılmasının zərurətini görürük. Prosesi başlayan şəxsin sona çatdırmağı daha məqbul sayılır. De Byazinin əsas fəaliyyəti pandemiya dövrünə təsadüf edib. Bu dövrdə xəstəlik halları, tam həcmdə məşqlərin olmaması, çempionatların yeni bərpa olunması və azarkeşlərin buraxılmaması kimi ciddi səbəblər oldu. Bunlar uğur qazanmaq üçün obyektiv maneələr idi. Artıq De Byazi Azərbaycan millisinin ölkə daxilində və xaricində oynayan futbolçularını tanıyır. Biz belə hiss etdik ki, 14-15 ay baş məşqçi üçün kifayət etmir. Əlbəttə nəticələr arzulanan kimi deyil. Ancaq burada da obyektiv və subyektiv səbəblər var. Subyektiv səbəblər bir neçə matçın sonlarında qol buraxmaq, ehtiyac olmayan qırmızı vərəqələr almaqdır. Bunlar səbəb kimi göstəririlib. Biz qərara gəldik ki, onunla müqaviləni davam etdirək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR