"Qarabağ"ın sabiq futbolçusu Polşa klubundan ayrılıb

"Qarabağ"ın sabiq futbolçusu Dani Kintana bu ilin iyunundan çıxış etdiyi Polşa "Yagelloniya"sı ilə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Belostok təmsilçisi ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

34 yaşlı orta xətt oyunçusu uzunmüddətli zədələrə görə bu addımı atıb. O, cari mövsümdə cəmi 94 dəqiqə meydanda olub.

Qeyd edək ki, Dani Kintana 2015 - 2020-ci illərdə "Qarabağ"ın formasını geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR