ABŞ Kubaya qarşı bir sıra sanksiyaları ləğv edib

ABŞ Kubaya qarşı bir sıra sanksiyaları ləğv edib
02:23 30 May 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
Kubanın beynəlxalq terrorizmi maliyyələşdirən ölkələr siyahısından çıxarılmasından sonra ABŞ adaya qarşı bir sıra siyasi və iqtisadi sanksiyaları ləğv edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi Ceff Ratke qeyd edib ki, Kubanın həmin siyahıdan çıxarılması avtomatik olaraq bir sıra maliyyə tranzaksiyaları, vətəndaşların səfərləri, ABŞ və Kuba arasında ticarət, ixrac lisenziyalarının verilməsi ilə bağlı olan məhdudiyyətləri aradan qaldırıb.
Buna baxmayaraq, Kubaya qarşı tətbiq edilmiş bir çox sanksiyalar hələ də qüvvədə qalır. Bu da həmin qadağaların digər qanunlarla qəbul edilməsi ilə əlaqədardır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_Kubaya_qarsi_bir_sira_sanksiyalari_legv_edib-859297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR