Neftin qiyməti artıb

Dünya bazarında neftin qiyməti artıb.

Metbuat.az xəbər verir ki, bu saata olan göstəricələrə görə, ICE London qitərlərarası ticarət əməliyyatlarının gedişində Brent markalı neftin 2022-ci il fevral müqaviləsinin dəyəri 1,82% artıb. Bununla da Brent markalı neftin 1 barelinin qiyməti 70,94 ABŞ dolları olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 2022-ci il yanvar müqaviləsinin də dəyəri 1,94% artaraq 1 barelə görə, 67,79 ABŞ dolları təşkil edib.

Mənbə: bloomberg


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR