Köçəryan Paşinyanın "quyusunu" qazır -

Ermənistanın ikinci eks prezidenti Robert Köçəryanın sədrlik etdiyi “Hayastan” blokunun dünən iclası keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb. Nəşrin iddiasına görə, iclas zamanı Köçəryan Ermənistan müxalifəti ilə gələn həftədən başlayaraq dördgünlük iclasların boykot edilib-edilməməsi məsələsini müzakirə edib. “Ermənistan” fraksiyasının deputatı Aqnesa Xamoyan iclasla bağlı açıqlamasında qeyd edib ki, seçki zamanı boykota son qoyulması məsələsi müzakirə olunub

“Əvvəlki 4 günlük iclasdan əvvəl çox aydın idi ki, hökumət anlaşılmaz gündəmlə hərəkət etdiyi üçün biz həmin 4 günlük iclası boykot etdik. Böyük aktuallıq tələb edən ölkənin təhlükəsizliyi ilə bağlı məsələlər arxa plandadır”, - deyə o əlavə edib.

“Joqovurd” qəzetinin yazdığına görə, “Hayastan” fraksiyası parlamentin digər platformalarında, əsasən də beynəlxalq platformalarda boykotu davam etdirmək niyyətindədir.

“Əvəzində növbədənkənar sessiya çağırmaq istəyirlər. Gündəm, əlbəttə ki, təhlükəsizliyimiz və müdafiəmizlə bağlı geniş spektrli məsələlərin müzakirəsidir. Hal-hazırda gün haqqında məlumat verməkdə çətinlik çəkəcəyəm, lakin yaxın bir neçə gün ərzində buna aydınlıq gələcək”deyə deputat qeyd edib.

Gülbəniz Hüseynli / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR