Qax sakini gənc qızı ildırım vurdu (VİDEO)

Qax sakini gənc qızı ildırım vurdu (VİDEO)
02:26 30 May 2015
276 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunun Zəyəm kənd sakini 26 yaşlı Nurlu Surxayevanı gecə saatlarında ildırım vurub. Yaxınlarının dediyinə görə, hadisə Nurlu Surxayeva mobil telefonla danışan zaman baş verib. Nurlunun vəziyyətinin getdikcə ağırlaşdığını görən valideynləri onu xəstəxanaya gətiriblər.

“Evdə telefon qulağında saxlayıb danışanda güclü ildırım vurub. Şimşəkdən möhkəm qorxub, sora başlayıb çığırmağa. Uzun müddət çığıra-çığıra qalıb. Sonra görüblər telefonu da atıb. Özünə gələ bilmir, sonra təcili yardım çağırıblar. Ondan sonra onu Qax Mərkəzi Xəstəxanaya gətiriblər. İndi sakitləşdirici vurublar yatır”, – deyə əmisi Ülfət Surxayev bildirib.

“Biz otaqda idik, bacı da qab yuyurdu. Bir anda ildırım çaxdı. Bu zaman ay boynum deyib yerə sərildi. Bir saat ağlaya-ağlaya qaldı, sonra onu həkimə gətirdik”, – deyə bacısı Nurlanə Surxayeva qeyd edib.

Reanimasiya şöbəsinə yerləşdirilən Nurlu Surxayavanın hansı diaqnozla xəstəxanaya qəbul edilməsi və vəziyyəti barədə isə növbətçi həkim hər hansı bir məlumat verməkdən imtina etdi.

Yaxınları 26 yaşlı gənc qızın vəziyyətinin ağır olduğunu bildirdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=347759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR