"Neftçi"nin 20 yaşlı müdafiəçisi: "Qələbə qazanaraq tilsimi qırdıq"

"Üç oyunluq məğlubiyyətdən sonra bu matçda qələbə qazanmaq çox vacib idi. Həmin qolu vurmaq mənə nəsib olduğu üçün çox sevinirəm. Amma təbii ki, əsas olan komandanın qələbəsidir".

Metbuat.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Vüsal Əsgərov "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XII tur matçı barədə klubun rəsmi saytına müsahibəsində deyib.

Görüşdə yeganə qolun müəllifi olan 20 yaşlı yarımmüdafiəçi bildirib ki, əsas komandada start heyətində meydana çıxmağın sözlə ifadəsi yoxdur: "Çox sevinirəm. Həm qol vurduğum, həm də oynadığım üçün şadam. Meydana çıxdığım matçlarda özümü ən yaxşı tərəfdən göstərib komandama kömək etməyə çalışacağam".

Gənc oyunçu qeyd edib ki, “Sumqayıt” və “Qəbələ” ilə qarşılaşmalarda da bu qələbənin ardı gələcək: "Düzdür, alınmayan, uğursuz oyunlarımız oldu, amma bu, hər bir komandada ola bilər. Son matçda qələbə qazanaraq tilsimi qırdıq. “Sumqayıt” və “Qəbələ” ilə görüşlərdə də qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

Əsgərov sonda azarkeşlərə təşəkkür edib: "Sağ olsunlar ki, mənə inanır və dəstək olurlar. Mən də öz növbəmdə çalışacağam onların inamını doğruldub komandamızın qələbələrində pay sahibi olum".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XII-turunda “Neftçi” 52-ci dəqiqədə hesabl açaraq “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR