Ukraynalı pişik DÖRD MİN avroluq çanta

İtalyan moda evi Valentino, bir stəkan qırmızı şərabla çəkilmiş fotoşəkildən sonra internetdə məşhurlaşan ukraynalı Stepan adlı pişiyi reklama çəkib.

Metbuat.az xəbər verir ki, hazırda brend pişiyin hesabında ən böyük reklam verənə çevrilib. Yeni fotoda ev heyvanı dörd min avroya brendin çantası ilə pozalar verir.

Qeyd edək ki, Valentinodan əvvəl Stepan müğənni Britni Spirs tərəfindən diqqət çəkib və o pişiyin şəklini İnstaqramda yerləşdirib.

Müğənni şərhlərdə: "Əgər bir az sakitləşsəm, məni bu pişiklə hardasa tapa bilərsiniz" deyə qeyd edib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR