Vətəndaşlar Canni De Byazini baş məşqçi postunda görmək istəmir

Vətəndaşların futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı aparılacaq müzakirələrə dair fikirlərini öyrənmək məqsədilə MTM (Media Təhlil Mərkəzi) tərəfindən 26-30 noyabr tarixləri arasında sorğu keçirilib.

Metbuat.az xəbər verir ki, sorğuda iştirak edən 742 respondentin 22%-ni qadınlar, 78%-ni kişilər təşkil edib.

Respondentlərə verilən ilk sual Canni De Byazi ilə müqavilənin müddətinin uzadılmayacağı təqdirdə verilən qərara münasibətləri ilə bağlı olub. İştirakçıların 51%-i bu qərarı dəstəkləyəcəyini, 26%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib. Cavab verənlərin 23%-i De Byazi ilə yolları ayırmaq qərarını yanlış hesab edib.

Sorğu iştirakçılarının 63%-i Canni De Byazi ilə yeni müqavilə imzalanmayacağı halda milli komandamızın baş məşqçisi postuna yerli, 16%-i isə əcnəbi mütəxəssisin gətirilməsini uyğun hesab edib. Cavab verənlərin 21%-i isə “fərqi yoxdur” variantını seçib.

Qeyd edək ki, dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddətinin 2022-ci ilin oktyabr ayına qədər uzadılmasına qərar verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR