Avropa Birliyi Belarusa qarşı sanksiyalar tətbiq etdi

Avropa Birliyi insan hüquqlarının pozulmasına və qaçqın böhranına görə Belarusa növbəti dəfə sanksiyalar tətbiq edib.

Metbuat.az xəbər verir ki, yeni qadağalar Belarusun 17 vətəndaşını və 11 qurumunu əhatə edir. Bununla da, qadağalar siyahısına düşən Belarusdan olan şəxslərin sayı 183-ə, qurumların sayı isə 26-ya çatıb.

Qeyd edək ki, bundan əvvəl Avropa Birliyi Belarusa 4 dəfə sanksiya tətbiq etmişdi. Bu sanksiyaların 5-ci mərhələsidir. Ötən gün ABŞ-da Belarusun dövlət borcuna qarşı sanksiyalar tətbiq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR