Pakistanda 19 nəfər güllələndi

Pakistanda 19 nəfər güllələndi
02:29 30 May 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın Bəlucistan əyalətində naməlum silahlılar iki avtobusa hücum edərək girov götürdükləri 25 nəfərdən 19-u güllələyiblər.

 

APA-nın TASS agentliyinə istinadən məlumatına görə, insident nəticəsində 1 nəfər yaralanıb, daha 5 nəfəri terrorçular sərbəst buraxıblar.

 

Hadisənin səbəbləri bəlli deyil. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Qeyd edək ki, bu yaxınlarda Pakistanın Karaçi şəhərində avtobusa hücum nəticəsində 46 nəfər ölmüş, 15 nəfər yaralanmışdı. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/204249

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR