Sabah ilin sonuncu Günəş tutulması olacaq

Sabah 2021-ci ilin ikinci Günəş tutulması baş verəcək.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Metbuat.az-a bildirilib ki, bu, tam Günəş tutulması olacaq. Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq.

Qeyd edək ki, ilin ilk Günəş tutulması iyunun 10-da olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR