Bu gün həlak olan hərbçimizin

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

Metbuat.az Azxeber.com-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən qayadan yıxılaraq həlak olub. Əslən Gədəbəy rayonu, Qızılağac kəndindən olan hərbi qulluqçunun 35 yaşı olub.

Şahin Hüseynov 44 günlük Vətən Müharibəsində iştirak etmiş, Kəlbəcər istiqamətində noyabrın 7-də yaralanmışdı.

Subay idi.

Allah rəhmət eləsin.

Mərhumun fotolarını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR