Əməkdar artist bu görüntüsü ilə TƏƏCCÜBLƏNDİRDİ:

Əməkdar artist Lalə Məmmədova “Bir məktub yaz” adlı yeni klipini təqdim edib.

Metbuat.az xəbər verir ki, sözləri Rüstəm Behrudiyə, musiqisi Nadir Əzimova aid mahnını “Delee” ləqəbli rejissor Cavid Oruclu ekranlaşdırıb.

Klip üçün sənətçinin görüntüsündə dəyişiklik edilib. “Bir məktub yaz”da hadisələr bir evin içində cərəyan edir. L.Məmmədova klipdə tənha bir qadını canlandırır. Onun kamera qarşısına gecə paltarında çıxması da diqqət çəkir.

Qeyd edək ki, klipin ideyası və obraz stilist Elnur Həsənova məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR