Azərbaycan çempionatının oyununda kütləvi münaqişə baş verib

Futbol üzrə U-16 Liqasının “Keşlə” – İCBFA (İskəndər Cavadov Bakı Futbol Akademiyası) oyununda kütləvi dava-dalaş baş verib.

Metbuat.az xəbər verir ki, hadisə matçın 60-cı dəqiqəsində yaşanıb. Səbəbkar isə meydan sahiblərinin futbolçusu Rəvan Ələsgərov olub. O, rəqibə baş ilə zərbə endirdikdən sonra ara qarışıb.

Toqquşmada "Keşlə"nin digər oyunçusu Ramil İsmayılzadə və İCBFA-nın futbolçusu Tağı Nağıyev də iştirak edib.

AFFA İntizam Komitəsi Ələsgərovu 8, İsmayılzadə və Nağıyevi hərəyə 6 oyun cəzalandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR