Yeniyetmə qızlar İzmirdə qüvvələrini sınayacaq

Yeniyetmə qızlar İzmirdə qüvvələrini sınayacaq
01:36 30 May 2015
95 İdman
Ölkə mətbuatı
A- A+

29-31 may 2015-ci il tarixdə Türkiyənin İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə sərbəst, yunan-Roma və qadın güləşçilər arasında 18-ci beynəlxalq turnir keçiriləcək.

Federasiyanın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, turnirdə ölkəmizi yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri təmsil edəcək.

Turnirdə böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin hüseynovun rəhbərliyi altında 7 güləşçimiz mübarizə aparacaq. Heyətdə Zemfira Ələkbərli (38 kq), Aynur Camalova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Sona Tumarxanova, Səbinə Həmzəlzadə (hər ikisi 49 kq), Şəbnəm Əhmədova və Tatyana Varantsova (hər ikisi 56 kq) yer alıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=347763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR