Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyanın Vakayama prefekturasında rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, yeraltı təkanların episentri yerin 20 kilometr dərinliyində yerləşib. Zəlzələ ətraf bölgələrdə də hiss edilib. Bu zəlzələdən bir neçə saat əvvəl isə Tokioda 4,8 bal gücündə yeraltı təkan baş verib. Fəsadlar barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR