x
Loading...

Azərbaycan və Polşa xarici işlər nazirləri görüşüb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

XArici İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, görüş zamanı, Polşa və Azərbaycan arasında mövcud olan münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib. Nazirlər gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi olduğuna istinad edərək, bununla əlaqədar müvafiq tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Polşanın 2022-ci ildə ATƏT-ə sədrliyi və bu xüsusda, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, Polşa sədrliyinin prioritetləri, o cümlədən ATƏT çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, həmkarına post-münaqişə regional təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşması istiqamətində atılmalı addımlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barəsində geniş məlumat verib.

Nazir Ceyhun Bayramov həmkarına işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə məlumat verib.

Görüşdə tərəflər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR