Hindistanda anomal istidən ölənlərin sayı 2 mini keçdi

Hindistanda anomal istidən ölənlərin sayı 2 mini keçdi
02:44 30 May 2015
74 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda son həftə ərzində anomal isti hava nəticəsində ölənlərin sayı 2 000 nəfəri keçib.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, havanın hərarətinin yüksək olması səbəbindən Andxra-Pradeş və  Telanqana ştatlarında 1979 nəfər ölüb.

 

Son sutka ərzində adıçəkilən ştatlarda 400 nəfər  ölüb. Bütün ölkə üzrə  2005 nəfər anomal istinin qurbanı olub.   

 

Sinoptiklərin proqnozlarına görə, isti hava şəraiti həftənin sonunadək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/204250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR