Ölkədə əlilliyin təyin olunması barədə yeni meyarlar hazırlanır (VİDEO)

Ölkədə əlilliyin təyin olunması barədə yeni meyarlar hazırlanır (VİDEO)
02:51 30 May 2015
717 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır. Qaydalarda edilən dəyişiklik məmur vətəndəş münasibətlərini minimuma endirməyə hesablanıb. Bu isə neqativ halların qarşısını alacaq.

ANS TV-nin məlumatına görə, hazırda ölkədə əlilliyin təyini 1997-ci ildə qəbul edilmiş qaydalara əsasən aparılır. Bu qaydalara əsasən I qrup əlillik dərəcəsi ikiillik müddətə təyin olunur. Həmin şəxs iki ildən sonra yenidən müayinədən keçir və əlillik yenə də iki il müddətinə təyin olunur.

Üçüncü dəfə müayinədən keçəndən sonra yaxşılaşma baş verməyibsə, ömürlük təyin olunur.

II qruplarda bu, hər il təyin olunmaqla, 10 il ərzində baş verir. III qruplarda isə insan pensiya yaşına çatana qədər hər il müayinələrdən keçir.

Amma bu, bir sıra problemlərin ortaya çıxmasına səbəb olur. Ekspertlərin fikrincə, əlillik dərəcəsinin təyini zamanı ilk növbədə hər kəsə fərdi yanaşılmalıdır. Bu xarici ölkələrin təcrubəsində əsas istifadə olunan meyardır.

“Bu sahədə şəffaflığın artırılması üçün xüsusi komissiyaları formalaşdırılması təqdirə layiq haldır. Amma formalaşdırılan komissiyalar yalnız dövlət qurumları, eləcə də həkimlərdən ibarət bir qrupundan təşkil olunmamalıdır. Eyni zamanda vətəndaş cəmiyyətinin, hətta medianın təmsilçilərinin olmasına ehtiyac var”, – deyə ekspert Vüqar Bayramov bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin müavini Natiq Məmmədovun sözlərinə görə, yeni meyarlar hazırlanarkən əsas əlillərin mütəmadi keçdikləri müayinələrinin sayınını minimuma endirilməsinə diqqət ayrılıb:

“Birinci qrup əlillər quruma bir dəfə müraciət edir. Birinci qrup əllilik təyin edilirsə, bu ömürlük təyin olunur. Həmin şəxs ikinci və üçüncü dəfə müraciət etmir. İkinci qrup əlillər isə 5 ildən bir müraciət edəcəklər, 10 ilə qədər. Üçüncü qrup əllillər isə 3 dəfə olamaqla 5 ildən bir müraciət edəcəklər. Uşaqlar 6 ay, 2,5 il idi və 18 yaşa qədər sosial müavinat alırdılar. İndi isə belə bir təklif vermişik ki, 3 illik və bir dəfəlik”.

Bu meyarların təsdiq oluqması məmur vətəndaş münasibətlərinin minimumua enməsinə səbəbə olacaq ki, ba da bir sıra xoşagəlməz halların qarşısını alacanq.

Həmçinin əlilliyin təyin olunması elektron qaydada həyata keçiriləcək. Səhiyyə Nazirliyi tərəfindən bütün xəstəliklərin beynəlxalq sistemə uyğun təsnifatı aparılıb.

Hər bir xəstəliyi bu proqrama daxil etdikdə avtomomatik əlillik dərəcəsi çıxacaq. Bu sistemin yaxın günlərdə ictimaiyyətə təqdim olunması gözlənilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=347760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR