"Bavariya” – “Barselona” oyunu azarkeşsiz keçiriləcək

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “ Bavariya” – “Barselona” matçında azarkeşlər iştirak etməyəcək .

Metbuat.az Kataloniya klubunun saytına istinadən xəbər verir ki, buna səbəb Almaniyada yeni məhdudiyyətlər və Bavariyada koronavirus yoluxanlarının sayının artmasıdır.

Qeyd edək ki, sözügedən qarşılaşma dekabrın 8-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR