Baydenin səhhətində problemlər yaranıb

ABŞ Prezidenti Cozef Baydenin səhhətində problemlər yaranıb.

Metbuat.az xəbər verir ki, Bayden yaş yarımlıq nəvəsinin ona soyuqdəyməyə yoluxdurduğunu, buna görə də səsinin tutulduğunu bildirib.

“Mən yaxşıyam, hər gün COVID-19 testindən keçirəm. Soyuqdəyməsi olan yaş yarım nəvəm var və o, babasını öpməyi sevir. Bu, sadəcə soyuqdəymədir”, - Amerika lideri jurnalistlərin səhhəti ilə bağlı sualını cavablandırarkən deyib.

Noyabrın sonlarında Ağ Ev Cozef Bayden haqqında tibbi hesabat açıqlayıb. Müayinəni aparan həkim 79 yaşlı prezidentin öz vəzifəsinə yararlı olduğunu bildirsə də, müəyyən edilmiş bir sıra problemləri qeyd edib. Belə ki, kolonoskopiya zamanı Ağ Ev rəhbərinin bağırsaqlarında diametri üç millimetr olan xoşxassəli polip aşkar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR