Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Metbuat.az xəbər verir ki, günün ilk matçında autsayderlər münasibətlərinə aydınlıq gətirəcək. 10 xalla 7-ci pillədə qərarlaşan "Keşlə" özündən 1 xal az toplayan və sonuncu sırada yer alan "Səbail"i qəbul edəcək. Saat 16:00-da başlayacaq görüşün baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.

Günün son oyunu "Qarabağ" və "Sabah" komandaları arasında olacaq. Hazırda Ağdam klubu 27 xalla turnir cədvəlinə başçılıq edir. 14 xalı olan paytaxt təmsilçisi isə 5-cidir. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 18:15-də başlayacaq.

Azərbaycan Premyer Liqası

XIII tur

4 dekabr (şənbə)

16:00. “Keşlə” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena".

18:15. “Qarabağ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Azersun Arena”.

Qeyd edək ki, tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR