Bakıda şagirdlərə bayram hədiyyəsi (VİDEO)

Bakıda şagirdlərə bayram hədiyyəsi (VİDEO)
03:16 30 May 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Bu plana əsasən bu gün rayon məktəblərindən ibarət təhsildə və idmanda fərqlənən, həmçinin aztəminatlı ailələrdən olan, fiziki qüsuru olan, ümumilikdə 150 nəfər uşaq üçün dəniz gəzintisi təşkil olunub.

Gəzinti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dəstəyilə xalq artisti, dahi sənətkar Müslüm Maqomayevin adını daşıyan yeni, müasir gəmidə baş tutub. İlk olaraq uşaqlar və onların müəllimləri gəmi ilə onun göyərtəsi ilə, xalq artisti Müslüm Maqomayevə həsr olunmuş guşə ilə tanış olub.

Səbail rayon icra hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova da Uşaqların Beynəlxalq Müdafiəsi günündə uşaqların arasında idi. Qeyd olunmalı daha bir məqam. Uşaqların böyük hissəsi ilk dəfə idi ki, dəniz gəzintisinə çıxırdı və bunun sevinci onların üzündən də oxunurdu.

“Bu dəfəki tədbiri Uşaqların Beynəlxalq Müdafiəsi gününü ərəfəsində keçirilir. Bunula əlaqədar aztəminatlı ailələrdən və fiziki qüsuru olan, ümumilikdə 150 nəfər uşaq üçün dəniz gəzintisi təşkil olunub”, – deyə Səbayil rayon icra hakimiyyətinin sektor müdiri İsrafil Kərimov bildirib.

Təbii ki, gəzinti xoş keçsin deyə gəmidə hər bir şərait qurulmuşdu. Uşaqlar təşkil olunmuş oyunlarda aktivlik nümayiş etdirməklə yanaşı, mahnı oxuyub əyləndilər. Mənim də diqqətimi çəkən ən böyük məqam o oldu ki, maksimum 11-13 yaşları olmasına baxmayaraq, uşaqlar kifayət qədər bilikli və hazırcavab idilər.

Gəmi Bak buxtasını dövr edib sahilə yan aldı. Ancaq sən demə, şənlik bundan sonra başlayırmış. Musiqilər, uşaqların gözəl rəqsləri və furşet tipli süfrələr.

Bir uşağın könlünü açmaq üçün bundan artıq daha nə lazım idi ki?!


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=347762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR