Ərdoğan və Davudoğlu rekord qırdı (FOTO)

Ərdoğan və Davudoğlu rekord qırdı (FOTO)
03:21 30 May 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) üzvləri prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun böyük portretini hazırlayıb.

ANS PRESS-in məlumatına görə, AKP üzvləri çəkdikləri fotoşəkillərdən 4709 kvadrat metrlik böyük bir portret hazırlayaraq rekorda imza atıblar.

AKP-nin sosial şəbəkə üzrə seçki işlərini aparan yayım şirkətinin hazırladığı nəhəng portret Yenikapı mitinq meydanında açılıb. “Bizə millət yetər” şüarı ilə açılan portretin nümayişində təxminən 100 nəfər partiya üzvü iştirak edib.

Beləliklə 4709 kvadrat metrlik portret ölçüsünə görə Ginnesin Rekorlar Kitabına daxil olub.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçiriləcək. Ölkə prezidenti seçkinin qalibi olmuş siyasi partiyanın sədrinə hökuməti qurmaq vəzifəsini verəcək. Nazirləri isə qalib partiyanın sədri olan baş nazir təyin edəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=347765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR