İndoneziyada güclü zəlzələ oldu

Bu gün səhər saatlarında İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Şimali Maluku əyalətinin Tobelo şəhərindən 268 kilometr şimalda, ocağının 33 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR