Gəncədə 16 yaşlı məktəbli ağır qəza törətdi,

Gəncədə iki nəfərin ölümü ilə nəticələnəm yol qəzası baş verib.

Hadisə şəhərin Cavadbəy Rəfibəyli küçəsində qeydə alınıb..

İlkin məlumata görə, idarəetməni itirən 2005-ci il təvəllüdlü sürücü Əlizadə Numan Namiq oğlu ilk olaraq 13 yaşlı İbrahimova Nazlı Elşad qızını vurub və daha sonra ağaca çırpılıb.

Zərbənin təsirindən məktəbli qız hadisə yerində, 11-ci sinif şagirdi olan sürücü isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Qəza nəticəsində Əlizadə Numanın avotmobilində olan 2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu, həmyaşıdı Bayramov İlkin və 2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu isə yaralanıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR