Kürdəmir sakininin qulağını İT QOPARDI

Kürdəmir sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

Metbuat.az xəbər verir ki, hadisə QarasaqqaI kəndində qeydə alınıb.

Yerli sakin, 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən sahibsiz itlər ona hücum edib. Heyvanlar Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb.

Zərərçələn ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona quduzluq əleyhinə zərdab vurublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR