Mariana Vasileva nazir müavini kimi görəcəyi işləri açıqlayıb

Gənclər və idman nazirinin yeni müavini Mariana Vasileva təyinatı barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, feysbuk hesabında Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin olunmasından böyük şərəf hissi keçirdiyini bildirib.

Mariana Vasileva dövlət başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya bu etimada görə təşəkkürünü bildirib.

"Dövlətimizin başçısı İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm. Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram. Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam",- deyə o qeyd edib.

Qeyd edək ki, Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunub. O, yeni vəzifədə İsmayıl İsmayılovu əvəzləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR