Əziz Səncər: "Qarabağ zəfəri Qurtuluş savaşından sonra türk dünyasının ən böyük zəfəridir"

"Qarabağ savaşı mənim üçün Türkiyənin Qurtuluş savaşından sonra türk dünyasının ən böyük zəfəridir".

Metbuat.az xəbər verir ki, bunu Nobel mükafatı laureatı Əziz Səncər mətbuat konfransında Şuşa təəssüratlarından danışarkən deyib:

"Özümə söz vermişdim ki, Şuşa azad olundan sonra Şuşaya gedib iki rükət namaz qılacam. Bundan sonra ölsəm, gözüm araxada qalmaz",- deyə o qeyd edib.

Qeyd edək ki,dekabrın 1-dən 3-nə qədər Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, digər dövlət və özəl təşkilatlarla birgə Bakıda "UNEC İqtisadi Forumu" keçirilib. Nobel mükafatı laureatı Aziz Sancar forumda iştirak edib. Bir neçə gün bundan öncə o, Şuşaya səfər edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR