Nobel mükafatçısı ABŞ-da qara dərililərə qarşı ayrıseçkiliyi qınayıb

"Amerikada qara dərililərə qarşı ayrıseçkilik hələ də qalmaqda davam edir".

Metbuat.az xəbər verir ki, bunu Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, ABŞ-ın müstəqillik qazanmasından 200 ildən çox vaxt keçsə də, hələ də bu problemlər həllini tapmayıb:

"Amerikalı zəncilər hələ də həmin ölkənin alt təbəqəsini təşkil edir. Bunu Amerikanı tənqid etmək üçün yox, vəziyyəti düzəltməyə çalışanların çox olduğu üçün deyirəm. Amerika xristian ölkəsidir ve əhalisinin 40 faizi xristiandır. Qalanları digər dinlərdəndir. Kifayət qədər müsəlmanlar da var. Nə etsəniz də müsəlmanlara qarşı fikirləri dəyişməz".

Qeyd edək ki,dekabrın 1-dən 3-nə qədər Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, digər dövlət və özəl təşkilatlarla birgə Bakıda "UNEC İqtisadi Forumu" keçirilib. Nobel mükafatı laureatı Əziz Səncər forumda iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR