V​ətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib -

Vətən müharibəsi iştirakçısı Azad Orucov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Vətən müharibəsi əlillərinə köməkİctimai Birliyinin mətbuat katibi Nicat Abbas bildirib.

Onun sözlərinə görə, Azad Orucov Bakı Dövlət Universitetinin məzunu olub. O, əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib:

“Sonralar bir müddət Rusiyada yaşayıb. Bu yaxınlarda Azərbaycana dönüb və könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib”.

Onun 45 yaşında qəflətən insultdan öldüyü bildirilib.

Bir 1 nəfər, ayaqda və açıq hava şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR