x
Loading...

Gələn il maaş, pensiya və təqaüdlər nə qədər artacaq? - AÇIQLANDI

"Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır:

"Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".

Deputat həmçinin qeyd edib ki, büdcədə minimum əməkhaqqı 300 manat olacaq:

"Bu il oktyabrın 16-da Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayaraq gələn ilin büdcəsində vətəndaşların sosial müdafiəsini qorunması üçün lazımi tədbirlərin nəzərdə tutulması barədə hökumətə tapşırıq verib. Məhz buna görə də büdcənin böyük bir hissəsi sosial xərclərə ayrılır və gələn ildən muzdlu sahədə çalışan vətəndaşların əməkhaqqı, pensiyalar, müavinətlər və təqaüdlər artırılacaq. Büdcədə minimum əməkhaqqı 250 manatdan 300 manata qaldırılacaq. Bu, həm də özəl sektorda çalışan işçilərinin əməkhaqqının artırılmasına şamil olunacaq."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR