Məşhur basketbolçu vəfat etdi

Yunanıstanın AEK klubunda çıxış edən serbiyalı basketbolçu Stevan Yelovats dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, o,insult keçirdikdən sonra vəfat edib.

Belə ki, Yelovats noyabrın 14-də məşq zamanı huşunu itirib. O, fərdi proqramda məşqlər edib və topuqdakı zədə ucbatından iki həftə oynamayıb.

Xəstəxanaya çatdırılaraq reanimasiyaya yerləşdirilən basketbolçu bir neçə gün əvvəl ailəsinin xahişi ilə Serbiyaya aparılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR