Saakaşvili o ölkənin vətəndaşı oldu

Saakaşvili o ölkənin vətəndaşı oldu
04:11 30 May 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın eks prezidentinə Ukrayna vətəndaşlığı verilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ali Radanın deputatları bildirirlər.

“Mixail Saakaşvili rəsmən Ukrayna vətəndaşı oldu", – deyə “Blok Petra Poroşenko” (Блок Петра Порошенко) Partiyasından olan deputat Mustafa Nayem “Facebook” səhifəsində yazıb.

Eyni partiyadan olan başqa bir deputat – Serqey Leşenko isə tvitter mikrobloqunda bu haqda yazıb: “Gürcüstan keçmiş prezidenti Saakaşvili cümə günü Ukrayna vətəndaşlığı almağa müvəffəq olub. Mixo, biz yeni Batumi istəyirik."

Daha əvvəl isə Poroşenkonun onu Odessa vilayətinin qubernatoru təyin etdiyi bildirilirdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=347767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR