Rusiyada ilk dəfə "Omicron" ştamı aşkarlanıb

Rusiyada ilk dəfə iki nəfərdə "Omikron" ştamı aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya İstehlakçılarının və Hüquqlarının Müdafiə və İnsanın rifahı üzrə Nəzarət Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, Cənubi Afrika Respublikasından qayıdan iki pasiyentdə "Omikron" ştamı aşkar edilib.

Məlumata görə, Cənubi Afrika Respublikasından qayıdan daha 10 rusiyalıda COVID-19 aşkar olunub. Onların yoluxduğu virusun ştamı araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR