Putin və Bayden hansı məsələləri müzakirə edəcək? -

Sabah Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət başçısı Co Bayden arasında baş tutacaq telefon danışığının gündəliyi açıqlanıb.

Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitriy Peskovun sözlərinə görə, prezidentlər iki ölkə arasındakı münasibətlər, Ukrayna məsələsi, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması və digər regional məsələləri müzakirə edəcəklər. Peskov bəyan edib ki, Rusiya qərbə təhlükəsizlik zəmanəti verməyə hazırdır. Eyni zəmanəti Rusiya qərbdən də tələb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR