x
Loading...

Baş Prokurorluqda amnistiya qərarına dair brifinq keçirilib

2021-ci il dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş 2021-ci il noyabrın 5-də “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinq keçirilib.

Baş Prokurorluqdan Metbuat.az-a bildirilib ki, brifinqdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə və Baş prokurorun böyük köməkçisi Mahir Abbasov iştirak ediblər.

Brifinqdə çıxış edən Elnur Musayev Amnistiya Aktının tətbiqində prokurorluğun rolu, aidiyyəti dövlət qurumları tərəfindən qəbul edilən qərarların prokuror ilə razılaşdırılması proseduru və məhkəmə baxışlarında prokurorun iştirakı barədə məlumat verib.
Həmçinin, Amnistiya Aktının bir ay tətbiq olunması müddətində aidiyyəti qurumlar tərəfindən təhqiqat, istintaq, məhkəmə baxışı və cəzaların icrası mərhələsində cinayət törətmiş və cinayətin törədilməsinə görə məhkum edilmiş şəxslərin ümumi sayı, şəxslərin cinsi və yaş qrupları üzrə, həmçinin cinayətlərin təsnifatı üzrə statistik məlumatlar diqqətə çatdırılıb.

Belə ki, ümumilikdə 3600-dən çox şəxs barəsində amnistiya tətbiq olunduğu halda, həmin şəxslərin 85%i məhkumlar olmuşdur. Ümumi saydan 94%i kişi, 6%i isə qadınlardır. 1921 şəxs barəsində cəzaçəkmə müəssisələri, 1381 şəxs barəsində probasiya orqanları, 400-dən çox məhkəmə qərarı qəbul edilmişdir. Amnistiya aktının 58%-i Bakı şəhərində, qalan hissəsi ilə rayonlarda yerləşən qurumlar tərəfindən tətbiq edilib.

Eyni zamanda, qeyd edilmişdir ki, qadınlar barəsində ən çox amnistiyanı tətbiq etmiş probasiya qurumları olduğu halda, kişilər barəsində bunu cəzaçəkmə müəssisələri etmişlər. Yaş qruplarında isə, kişilərin 31-40, qadınların isə 41-50 yaş qrupu üstünlük təşkil edir. Mülkiyyət əleyhinə və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər amnistiyanın tətbiq olunduğu məhkumların yarısından çoxunu təşkil edir.

Sonda media nümayəndələrin çoxsaylı sualları cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR