Çin ABŞ iqtisadiyyatını iki -üç dəfə ÜSTƏLƏYƏCƏK - İlon Mask

Çin iqtisadiyyatı ABŞ iqtisadiyyatından iki-üç dəfə böyük ola bilər.

Metbuat.az xəbər verir ki, bu fikri bazar ertəsi amerikalı sahibkar İlon Mask "The Wall Street Journal" ın videokonfransında çıxışı zamanı deyib .

Mask, "Hər kəsin xatırladığı müddət ərzində Birləşmiş Ştatlar dünyanın ən böyük iqtisadiyyatına sahibdir. Hesab edirəm ki, biz maraqlı və rəngarəng dünyaya doğru irəliləyirik. Ümid edirəm ki, zaman keçdikcə hamımızın insan olduğumuzu unutmayacağıq" deyə Mask bildirib.

Çinin 2020-ci ildə ümumi daxili məhsulu (ÜDM) pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, əvvəlki illə müqayisədə 2,3 faiz çoxalaraq, 101,6 trilyon yuana (15,42 trilyon ABŞ dolları) çatıb. Bununla dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində ÜDM ilk dəfə 100 trilyon yuanı ötüb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR